“Baku Fires” - “İncheon Red Wings”: heyətlər açıqlandı
08 dekabr 2010 14:26 (UTC +04:00)

“Baku Fires” - “İncheon Red Wings”: heyətlər açıqlandı

Lent.az-ın məlumatına görə, komandamızın budəfəki rəqibi Cənubi Koreyanın “İncheon Red Wings” klubu olacaq.

Qaydalara uyğun olaraq, çəki prosesinə 3 gün qalmış hər iki komanda heyətini açıqlayıb:

54 kq
Məhəmməd Abdulhəmidov (Baku Fires) - Ju Seonq Kim (İncheon Red Wings)

61 kq
Romal Amanov (Baku Fires) – Bahadırjon Sultonov (İncheon Red Wings)

73 kq
Soltan Migitinov (Baku Fires) – Viktor Kontijuanski (İncheon Red Wings)

85 kq
Ramazan Maqomedov (Baku Fires) – Reece Papuni (İncheon Red Wings)

+91 kq
Beka Lobjanidze (Baku Fires) – Mixail Muntian (İncheon Red Wings)

Koreya komandasının heyətində yer alan boksçulardan 4-ü – Bahadırjon Sultonov (Özbəkistan), Viktor Kontijuanski (Moldova), Reece Papuni (Yeni Zenlandiya) və Mixail Muntian (Moldova) legionerlərdir. Özbəkistanlı Sultonov 2007-ci ildə Milanda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı olub. Döyüşdən bir gün öncə hər iki klubun nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, “Baku Fires” WSB liqasında keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Komandamız əvvəlcə Bakıda Çinin “Beijing Dragons” klubunu 5:0, ardından Qazaxıstanda “Astana Arlans”ı 4:1 hesabı ilə məğlub edib. “İncheon Red Wings” isə hər iki görüşdə rəqiblərinə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar