150 boksçu Azərbaycan çempionluğu uğrunda mübarizə aparacaq
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, milli komandaya seçim xarakteri daşıyan yarışda ölkənin ən güclü boksçuları iştirak edəcəklər.
Çempionatda 10 çəki dərəcəsində 150-ə yaxın dəri əlcək ustasının mübarizə aparması gözlənilir. Yarışda WSB liqasında yarışan “Baku Fires” klubunun yerli boksçuları da qüvvəsini sınayacaqlar. Qaliblərin adları dekabrın 25-də məlum olacaq.
Qeyd edək ki, Azərbaycan çempionatının həmişəki kimi yanvarda yox, bu ilin dekabrında təşkili 2011-ci ildə lisenziya xarakterli yarışların keçirilməsi ilə bağlıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı gələn il Bakıda keçiriləcək.

612