Quti üzləşdiyi avtomobil qəzası ilə bağlı danışdı
08 dekabr 2010 13:06 (UTC +04:00)

Quti üzləşdiyi avtomobil qəzası ilə bağlı danışdı

Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyi sərxoş halda avtomobil idarə etmiş ispaniyalı futbolçu Qutini cəzalandırmayıb. Lent.az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, İspaniya “Real”ının sabiq yarımmüdafiəçisi dekabrın 6-da öz avtomobili ilə qəzaya düşüb.

Onun avtomobili avtobusla toqquşub. Hadisə yerinə gələn polis Qutinin orqanizmindən dozadan artıq alkoqol aşkarlayıb. Futbolçu dərhal polis idarəsinə aparılıb. Protokol tərtib edildikdən sonra ona 280 avro cərimə kəsilib.

Səbəbkarın özü isə “Marca”ya açıqlamasında avtomobil qəzası ilə bağlı bütün şayiələrin şişirdildiyini bildirib. Qutinin sözlərinə görə, avtomobilinin hissələrindən yalnız arxanı göstərən güzgü qırılıb: “Bu, yüngül toxunuş idi. Mənə heç nə olmadı. Bundan sonra qanunun tələblərini yerinə yetirdim və alkoqol testindən keçdim. Türkiyədə hər şeyin şişirdildiyini anlayıram. Lakin mən maşını sərxoş halda idarə etməmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar