Mirça Luçesku: “Meydançada ölmək istəyirəm”
Lent.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis özünü İngiltərənin “Mançester Yunayted” klubundakı həmkarı Aleks Ferqyusonla müqayisə edib.
Luçesku ən layiqli məşqçi üçün ölüm formasını da dilə gətirib. Baş məşqçi Ferqyusonun futboldan getmək üçün xeyli qoca olduğu haqda açıqlaması ilə razılaşıb: “O, tamamilə haqlıdır. Bu baxımdan, biz Ferqyusonla oxşarıq”.
Rumıniyalı mütəxəssis 25 il öncə Uels və Şotlandiya yığmaları arasında keçirilmiş 1986-cı il dünya çempionatının seçmə qrup matçı zamanı qonaq komandanın baş məşqçisi Cok Stinin ölümü haqda da danışıb: “Bu, baş məşqçi ilə bağlı ən gözəl hadisədir. Mən də meydançada ölmək istərdim. Bu o deməkdir ki, sən həyatda hər şeyi döyüşün tam mərkəzindən keçmisən”.

582