“Ümidvaram ki, “Gəncə” – “Neftçi” matçı da ədalətli keçəcək”
07 dekabr 2010 20:41 (UTC +04:00)

“Ümidvaram ki, “Gəncə” – “Neftçi” matçı da ədalətli keçəcək”

Biz özümüz də həmişə Azərbaycanın bir nömrəli komandasında oynamağı arzulamışıq”. Lent.az-ın məlumatına görə, bu fikirləri Gəncə futbol məktəbinin yetirməsi, “Neftçi”nin veteran futbolçusu Asif Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.

NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Gəncə” – “Neftçi” oyunundan əvvəl fikirlərini bölüşən Əliyevin fikrincə, Gəncə hər zaman Azərbaycan futbolunun məbədi olub. Buradan həmişə texnikalı, ulduz futbolçular çıxıb. “Neftçi” klubunun heyətində də müxtəlif illərdə Gəncə şəhərindən olan futbolçular məzmunlu oyunları ilə azarkeşlərə sevinc bəxş ediblər: “Ümid edirəm ki, dekabrın 8-də baş tutacaq “Gəncə” – “Neftçi” qarşılaşması da ədalətli oyun prinsipləri şəraitində keçəcək. Hər iki komandanın futbolçuları gözəl oyunu ilə futbol həvəskarlarına maraqlı anlar yaşadacaqlar. Çünki hər zaman gəncəli azarkeşlər gözəl futbola dəyər veriblər”.

Qeyd edək ki, “Gəncə” – “Neftçi” matçı saat 13:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar