Azərbaycan millisi Danimarka yığması ilə qarşılaşacaq
07 dekabr 2010 18:06 (UTC +04:00)

Azərbaycan millisi Danimarka yığması ilə qarşılaşacaq

Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Danimarka Futbol Federasiyası ilə ilkin razılıq əldə edilib.

Rəsmi razılaşmadan sonra iki ölkənin yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu barədə ətraflı məlumat veriləcək. Görüş 2011-ci il yanvar – fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Danimarka millisi FİFA-nın reytinq cədvəlində 812 xalla 27-ci pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar