İsveçrə hökuməti FİFA və UEFA-nın fəaliyyətini yoxlayacaq
07 dekabr 2010 16:50 (UTC +04:00)

İsveçrə hökuməti FİFA və UEFA-nın fəaliyyətini yoxlayacaq

Lent.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, İsveçrə Xalq Partiyasının deputatı Roland Bühelin sorğusunu cavablandıran federal şura ölkədə bütün səviyyələrdə qanunsuz fəaliyyətin qarşısının alınmasında maraqlı olduğunu bildirib.

Bu yaxınlarda baş verən korrupsiya qalmaqallarını da nəzərə alan İsveçrə hökuməti mənzil-qərargahları ölkə ərazisində olan beynəlxalq idman təşkilatlarının fəaliyyətini yoxlamağa qərar verib. Yoxlamalar nəticəsində Federal İdman Xidməti hesabat hazırlayacaq. Sənəddə mümkün qanun pozuntularının qarşısını almaq və aradan qaldırmaq üçün idman təşkilatları tərəfindən hansı tədbirlərin görüldüyü əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar