“Qarabağ” NBC Bank Azərbaycan Kuboku ilə vidalaşdı
07 dekabr 2010 16:07 (UTC +04:00)

“Qarabağ” NBC Bank Azərbaycan Kuboku ilə vidalaşdı

Dekabrın 7-də keçirilmiş 1/8 final matçında “Turan” “Qarabağ”ı penaltilər seriyasında üstələyib. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə Tovuz komandası daha dəqiq olub – 4:3. “Turan”dan yalnız Viktor Qonta, “Qarabağ”dan isə Vüqar Nadirovla Rauf Əliyev qeyri-dəqiq olub. Hər iki halda onların zərbəsini qapıçı Kamal Bayramov dəf edib.

“Turan”ın növbəti mərhələdəki rəqibi “Rəvan” – AZAL cütünün qalibi olacaq. Həmin oyun dekabrın 8-də “Şəfa” stadionunun 4-cü meydançasında keçiriləcək:

8 dekabr (çərşənbə)

13:00. “Gəncə” – “Neftçi” (Bakı)
Hakimlər: Əfqan Həmzəyev, Ramiz Əsədov, Eldar Nağıbəyov, Fuad Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu.

15:00. “Xəzər Lənkəran” – “MKT-Araz” (İmişli)
Hakimlər: Orxan Məmmədov, Coşqun Həsənov, Zeynal Zeynalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əmir Zamanov
Lənkəran şəhər mərkəzi stadionu.

13:00. “Qəbələ” – “Neftçi” İSM (Bakı)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Aydın Ələkbərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu.

14:00. “Bakı” – “Muğan” (Salyan)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Rahil Ramazanov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.

13:00. “Simurq” (Zaqatala) – “Abşeron” (Bakı)
Hakimlər: Rasim Məmmədov, Qəzənfər Məmmədov, Samir Hacıyev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu.

13:00. “Şuşa” – “İnter” (Bakı)
Hakimlər: Elvin Əsgərov, Rasim Əhmədov, Hüseyn İmanov, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
"Ədliyyə" stadionu.

13:00. “Rəvan” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Ceyhun Haşımov, İsgəndər Əliyev, Elman Kərimov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
"Şəfa" stadionu, 4-cü meydança.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar