Zurab Azmayparaşvili Azərbaycan yığmasından kənarlaşdırıldı
Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Fikrət Sideifzadə məlumat verib. Onun sözlərinə görə, buna federasiya rəhbərliyi ilə gürcüstanlı mütəxəssis arasında yaranan anlaşılmazlıq səbəb olub. Lakin Sideifzadə anlaşılmazlığın nədən qaynaqlandığını açıqlamayıb: “Azmayparaşvili federasiyamızın rəhbərliyi ilə düz gəlmədi. Nə isə söz-söhbət oldu. Nəticədə onu kapitanlıqdan çıxartdılar”.
Hazırda kişilərdən ibarət yığmamızın kapitansız olduğunu deyən təcrübəli mütəxəssis məsələnin 2011-ci ilin ortalarınadək həllini tapacağını bildirib.
Qeyd edək ki, Zurab Azmayparaşvili Azərbaycanın kişilərdən ibarət yığmasına 2009-cu ilin oktyabrında kapitan təyin olunub. Onun başçılığı ilə ötən il Avropa çempionu olan komandamız 2010-cu il dünya çempionatında 4-cü, Ümumdünya Şahmat Olimpiadasında isə 12-ci yeri tutub. Olimpiadadan sonra Azmayparaşvili istefa verdiyini açıqlasa da, AŞF onunla bağlı bu yaxınlarda yekun qərar verib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23