Qadın azarkeşlər «oyundankənar» vəziyyətdə
07 dekabr 2010 11:11 (UTC +04:00)

Qadın azarkeşlər «oyundankənar» vəziyyətdə

Düzdür, hakimiyyət bu izdihama bir çox hallarda başqa rəngdə təqdim etməyə çağırır. Məqsədimiz heç də ölkə rəhbərliyinin bu yöndə atdığı addımı dəyərləndirmək deyil.

«Traktor»çuların bir qrup tərəfdarı növbəti oyun üçün orijinal afişa hazırlayıb. Həmin afişada klubun keçmişdəki oyunlarında qadınların da olduğu göstərilib. Bundan başqa, orada - «Traktor»un xanım tərəfdarları dünyanın ən məzlum futbol azarkeşləridir» də yazılıb.

Lent.az-ın «GünAzTV»-yə istinadən məlumatına görə, İran hakimiyyətinin qadınlar üçün tətbiq etdiyi qadağalara əsasən, xanımlara bu sayaq yarışlara stadiondan tamaşa etmək yasaqdır.

Bu üzdən də «Traktor»un azərbaycanlı xanım tərəfdarları Təbrizin Səhənd adına stadionunda gedən sonuncu oyunu yaxınlıqdakı təpələrdən izləməyə məcbur olublar. ETTELAAT və polis onları orada da rahat buraxmayıb, futbol həvəskarı olan bu xanımlara hücum edərək, onları oradan qovub, bəzilərini isə tutublar.

Xatırladaq ki, dekabrın 9-da «Traktor»çular Təbrizdə Tehranın iddialı «Pİruz» komandasını qəbul edəcək. Futbol həvəskarları Səhənd adına stadionda keçiriləcək bu yarışmanın hər iki komanda üçün prinsipial olacağını deyirlər. Məhz bu səbəbdən stadiona on minlərlə azarkeşin gələcəyi istisna edilmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar