“Ayaks” baş məşqçisiz qaldı
07 dekabr 2010 10:34 (UTC +04:00)

“Ayaks” baş məşqçisiz qaldı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 54 yaşlı hollandiyalı mütəxəssisin müqaviləsi öz istəyilə dayandırılıb.

Lakin “Ayaks” rəhbərliyi Yolla əməkdaşlığı davam etdirmək niyyətindədir. Əməkdaşlığın hansı formada olacağı isə açıqlanmır. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq, Frank de Bur icra edəcək. Hollandiya yığmasının sabiq müdafiəçi 2008-ci ildən “Ayaks”ın məşqçilər heyətində yer alır.
Hollandiya mətbuatı Martin Yolun İngiltərənin “Nyukasl” klubuna keçə biləcəyi haqda xəbər yayıb. “Sağsağanlar” dekabrın 6-da Kris Hütonla yollarını ayırıblar.

Qeyd edək ki, Martin Yol “Ayaks”a 2009-cu ilin iyulundan başçılıq edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar