Raqif Abbasov: ““Neftçi” haqda yanlış rəy yaradırlar” - MÜSAHİBƏ
Lent.az həmin müsahibəni təqdim edir:
- Uzun müddətdir idman aləmində olan şəxs kimi Azərbaycan idman klublarının və cəmiyyətlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Səmimi olaraq bildirim ki, mən heç də vəzifəmdən irəli gələn məsələlərə görə deyil, həm də sırf azarkeş kimi idman klublarının, cəmiyyətlərinin, mərkəzlərinin fəaliyyətini yaxından izləyirəm. Bu qurumlar arasında “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. 2000-ci il Sidney, 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında məhz “Neftçi” İSM ən çox idmançı ilə təmsil olunub. Hazırda ölkəmizdəki olimpiya çempionları, mükafatçıları, dünya və Avropa çempionları demək olar, hamısı “Neftçi” İSM-in yetirməsidir. Mərkəzin bu uğurlarında rəhbərliyin böyük əməyi var. “Neftçi” İSM-in icraçı direktoru Sadıq Sadıqov idmançıların nüfuzlu turnirlərdə ölkəmizi layiqincə təmsil etməsi üçün bütün şəraiti yaradıb. Çünki Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin də üzvü olan Sadıq Sadıqov idmanı dərindən bilir, yüksək idarəçilik bacarığı ilə seçilir. İnanıram ki, idman təşkilatları arasında özünəməxsus yer tutan “Neftçi” İSM bundan sonra daha böyük uğurlar qazanacaq.
- Paytaxtda təşkil olunan idman yarışlarda "Neftçi" İSM-in idmançılarının çıxışı barədə nə deyə bilərsiniz?
- Hər il Bakıda olimpiya və qeyri-olimpiya növləri üzrə müxtəlif yaş qrupları üzrə maraqlı çempionat və birincilikləri keçirilir. Qeyd etmək lazımdır ki, “Neftçi” İSM paytaxt yarışlarında da çox fəaldır. Bu çempionat və birinciliklərə qatılan idmançıların əksəriyyəti “Neftçi” İSM-in üzvləridir. Paytaxt yarışlarında fərqlənən idmançıların qarşısında perspektiv açılır, onlar milli komandalara cəlb olunurlar. Hesab edirəm ki, yeniyetmə və gənclərin təcrübə qazanmaları, potensiallarını göstərmələri baxımından Bakı çempionat və birincilikləri çox vacibdir.
- Digər idman növləri ilə yanaşı, futboldan da danışmaq yerinə düşər. Bildiyiniz kimi, Unibank Premyer Liqasının vahid lideri "Neftçi" komandasıdır. Lakin son vaxtlar klub barəsində yanlış rəy formalaşdırılır... Buna münasibətiniz necədir?
- Həqiqətən də "Neftçi" ölkəmizin ən sanballı, ən köklü komandasıdır. Azərbaycanın ən yaxşı məşqçi və futbolçuları - Anatoli Banişevski, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Vəli Qasımov və başqaları bu klubun yetirmələridir. "Neftçi" xalqın sevimli komandasıdır, futbolumuzun flaqmanıdır. Sadıq Sadıqov kluba prezident gəldikdən sonra "Neftçi" PFK yenidən qurulmağa başlayıb. Komanda əvvəlki ruhunu, şöhrətini qaytarmaqdadır. Şəxsən mən özüm də "Neftçi"nin azarkeşiyəm, stadiona gedib, flaqmanın oyunlarını canlı izləyirəm. Son vaxtlar bu klubun ünvanına səsləndirilən ittihamlar və subyektiv fikirlər yersizdir. Müxtəlif qüvvələr tərəfindən "Neftçi" PFK haqqında yanlış rəy formalaşdırılmasını kəskin pisləyirəm. Biz hamımız "Neftçi"ni, flaqmanımızı sevməliyik. Çünki Azərbaycan futbolunun bütün tarixi "Neftçi" futbol klubu ilə bağlıdır. Həm SSRİ dövründə, həm də müstəqilliyimizi bərpa etdikdən sonra əsasən bu klub bizə qələbə sevincləri bəxş edib, bir qayda olaraq, qitə miqyaslı turnirlərdə uğurla çıxış edib. Buna görə də "Neftçi"yə dəstəyimizi davam etdirməliyik.

Oxşar yazılar

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23