“Qızıl top”un “Barselona”nın futbolçusuna veriləcəyi açıqlandı
Lent.az-ın məlumatına görə, üç oyunçunun adı dekabrın 6-da Fransanın paytaxtı Parisdə keçirilən və FİFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanan mətbuat konfransında açıqlanıb.
“Qızıl top”un sahibi yanvarın 10-da İsveçrənin Sürix şəhərində təşkil olunacaq təntənəli mərasimdə aşkarlanacaq. Bu mükafatı 2010-cu ildən etibarən FİFA və həftəlik “France Football” nəşrləri təqdim edir. Oktyabrın sonlarında dünya futbolunda baş fərdi mükafata 23 namizədin adı açıqlanıb. İlin ən yaxşı oyunçusu yığmaların kapitanları və baş məşqçiləri, habelə jurnalistlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşir.
“La Gazzetta dello Srort” nəşri dekabrın 5-də “Qızıl top”u Andres İnyestanın alacağını yazıb. Qəzet ən yaxşı futbolçu adına 3 namizədi düzgün göstərib.
Qeyd edək ki, Andres İnyesta, Lionel Messi və Xavi 2010-cu ildə “Barselona”nın heyətində İspaniya çempionatının və Superkubokunun qalibi olublar. İnyesta və Xavi İspaniya yığmasının heyətində dünya çempionu olublar. Finalda İnyesta Hollandiyanın qarısından qələbə torunu keçirib. Messi isə dünya çempionatında Argentina millisinin heyətində ¼ finaladək irəliləyib.
Dekabrın 6-da 2010-cu ilin ən yaxşı baş məşqçisi adına 3 namizədin də adları açıqlanıb. Bu adı Visente Del Boske (İspaniya yığması), Xosep Qvardiola (“Barselona”) və Joze Mourinyo (“İnter” - “Real”) iddialıdırlar.

Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23