Rövnəq Abdullayevlə Sadıq Sadıqov Türkiyədə mükafatlandırılacaqlar
Lent.az-ın məlumatına görə, tədbirə Azərbaycandan AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov da qatılacaqlar.
Onlar "I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"nə Türkiyə, Yunanıstan, Rumıniya, Almaniya, Gürcüstan və digər ölkələrin klub rəhbərləri, məşqçiləri ilə birgə dəvət olunublar. Digər qonaqlar isə Türkiyə Olimpiya Komitəsinin prezidenti Toqay Boyatlı, bu ölkənin Futbol Federasiyasının prezidenti Mahmud Özgənər, qardaş ölkənin tanınmış futbol mütəxəsissləri – Fatih Terim, Mustafa Dənizli, Ömer Üründül, UEFA-nın vitse-prezidenti Şenes Erzik, Avropa Klublar Assosiasiyasının prezidenti Karl-Haynts Rummenige, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və idman naziri Nazim Çavuşoğlu, tanınmış futbol adamları – almaniyalı Klaus Topmöller, rumıniyalı Mirça Luçesku, gürcüstanlı Timuri Ketsbaya olacaq.
"Spor Ajans" informasiya agentliyinin qərarına əsasən, Rövnəq Abdullayev "Şərəf mükafatı"na layiq görülüb. "Spor Ajans" informasiya agentliyinin web saytında AFFA prezidentinin vəzifəyə gəldiyi gündən bu yana ölkə futbolunun səviyyəsini yüksəltdiyi, xüsusilə Türkiyə - Azərbaycan qardaş ölkə siyasəti çərçivəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub. "Neftçi"nin prezidenti Sadıq Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb.
Məlumatda bildirilir ki, "Neftçi" klubunun rəhbəri yeni qurulan komandanın Avropada ən çox müzakirə olunan klublarından biri olmasında böyük pay sahibidir.

1181