“Xəzər Lənkəran”da yeni qolçu
06 dekabr 2010 15:34 (UTC +04:00)

“Xəzər Lənkəran”da yeni qolçu

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Stanku “Turan”la matçın taleyini həll edən qola imza atmaqla Azərbaycan karyerasında ilk dəfə fərqlənib.

O, “Xəzər Lənkəran”ın heyətində ilk qolunu vurub və “ağ-yaşıl” forma ilə qol sevinci yaşayan 62-ci futbolçu olub. Stanku bu siyahıya cari mövsümdə daxil olan 6-cı futbolçu olub. Dieqo Ruiz, Elnur Allahverdiyev, Katalin Doman, Konstantin Arbanas və Uinston Parks da “Xəzər Lənkəran”dakı qol hesabını çempionatın əvvəlki 15 qarşılaşmasında açmışdılar.

Qeyd edək ki, bu 62 futbolçudan başqa 4 rəqib oyunçu da Lənkəran komandası üçün fərqləniblər. Onlar öz qapılarına qol vurublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar