Unibank Premyer Liqası: Sensasyon yekun
06 dekabr 2010 10:35 (UTC +04:00)

Unibank Premyer Liqası: Sensasyon yekun

Lent.az-ın məlumatına görə, son 4 turda uduzmayan “Bakı” Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdiyi autsayderlərdən biri – Zaqatalanın “Simurq” komandasına yenilib.

“Simurq” bu qarşılaşmaya baş məşqçisiz çıxıb. Makedoniyalı mütəxəssis Qyoko Hacievski valideyninin vəfatı ilə əlaqədar vətənində olduğundan, Zaqatala klubu matça köməkçi-məşqçi Böyükağa Ağayevin rəhbərliyi altında hazırlaşıb. Hacievskinin sabiq klubu üzərində qələbə topunu isə 8-ci dəqiqədə Samir Əliyev vurub. Təcrübəli hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. Bununla da “Bakı” ilk “6-lıq”dan kənarda qalıb.

“Gəncə” isə “Muğan”ı böyük hesabla yenərək, paytaxtın eyniadlı klubu ilə xallarını bərabərləşdirib.

5 dekabr (bazar)

“Gəncə” – “Muğan” (Salyan) – 3:0

Sabir Allahquliyev, 6. Şahin Kərimov, 9. Junivan Suares, 55

“Bakı” – “Simurq” (Zaqatala) – 0:1
Samir Əliyev, 8

4 dekabr (şənbə)

MOİK (Bakı) – “Qəbələ” – 0:3

Deon Barton, 41; 89-penalti ilə. Bruno da Silva, 44

AZAL (Bakı) – “Neftçi” (Bakı) – 0:0

“Turan” (Tovuz) – “Xəzər Lənkəran” – 1:2

Muammer Erdoğdu, 39 - Allan Lalin, 37. Stelian Stanku, 70

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 1:0
Rauf Əliyev, 45

1. “Neftçi” – 35 xal
2. “Xəzər Lənkəran” – 34
3. AZAL – 32
4. “İnter” – 27
5. “Qəbələ” – 26
6. “Qarabağ” – 24
7. “Bakı” – 22
8. “Gəncə” – 22
9. “Muğan” – 14
10. “Turan” – 11
11. “Simurq” – 10
12. MOİK – 5.

Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) - 14, Junivan Suares (“Gəncə”) – 9, Qvidas Yuska (AZAL) - 7 qol.

XVII tur
“Simurq” – “Qarabağ”
“Xəzər Lənkəran” – “Gəncə”
“Qəbələ” – “Turan”
“Neftçi” – “Bakı”
“Muğan” – MOİK
“İnter” – AZAL.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar