“Neftçi”nin qarşısını vəhşiliklə almaq istəyirlər”
“Haqsız olaraq söyləyirlər ki, hakimlər “Neftçi”yə kömək edir. Budurmu “Neftçi”yə kömək etmək?!”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Slavço Georgiyevski klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının XVI turunda AZAL-la 0:0 hesablı heç-heçədən sonra ürəyini boşaldan makedoniyalı yarımmüdafiəçinin fikrincə, “Neftçi”yə qarşı oynayan bütün komandaların futbolçuları sanki düşmənlə müharibəyə çıxır: “Əgər bu, peşəkar idman prinsipləri əsasında olsa, normal qarşılanar. Amma hamı görür ki, “Neftçi” rəqib futbolçuların vəhşilikləri ilə rastlaşır. Salyanda ən yaxşı oyunçularımızdan biri Flavinyonun ayağını qəsdən vurub, sındırdılar. Amma həmin futbolçu nə cəza gördü, nə də ki, bunu bizim əleyhimizə yazan mətbuat orqanları işıqlandırdılar. Flavinyodan sonra rəqib futbolçular bir neçə oyundur ki, Bahodiri güdürlər. Çünki onların əlindən heç bir şey gəlmir”.
Georgiyevskinin fikrincə, “Neftçi”nin qarşısını belə “vəhşiliklərlə” almaq istəyirlər: “Çox təəssüf ki, oyunlarımızı idarə edən hakimlər də bu cür vəhşiliklərə göz yumurlar. AZAL-la oyunda da çirkin əməllərə göz yumuldu, vəhşilik edən futbolçulara qarşı cəza tədbirləri görülmədi”.
Bütün bunlara baxmayaraq, təcrübəli futbolçu “Neftçi”nin gözəl oyunu ilə azarkeşləri sevindirəcəyinə və onlara çempionluq sevinci yaşadacağına inam ifadə edib.

Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39