“Qarabağ”a qızıl, “İnter”ə gümüş, “Qəbələ”yə bürünc...
Bu gün futbol üzrə Uninbank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda medal qazananların mükafatlandırma mərasimi olub. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klubların əvəzedici heyətləri arasında çempionatın maraqlı və gərgin mübarizə şəraitində keçdiyini bildirib.
Ramin Musayev deyib ki, bu çempionatda çıxış edən elə futbolçular olub ki, onlar öz klublarının əsas heyətinə, oradan isə yığma komandaya dəvət olunublar. Peşəkar Futbol Liqasının prezidenti hesab edir ki, bu da futbolumuzdakı inkişafdan xəbər verir.
Ramin Musayev tədbirin gecikməsinə görə klublardan üzr istəyib. Daha sonra çempionatda ilk 3 yeri tutan komandalara medallar təqdim olunub. “Qəbələ” klubunun əvəzedici heyəti bürünc, “İnter”in əvəzedici heyəti gümüş, “Qarabağ”ın əvəzedici heyətinə isə qızıl medal verilib. Çempionatın bombardiri, “Qəbələ”nin əvəzedici heyətində çıxış edən Rəhman Musayevə də xüsusi mükafat təqdim olunub.
Elşən Məmmədov

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06