“Bu o demək deyil ki, digər futbolçularla da yollarımızı ayıracağıq”
Yığma komandamızın şərəfini qoruyur, gəncdir, ancaq "Neftçi"də heyətə düşə bilmir. Quliyevin klubu tərk etməsi o demək deyil ki, digər futbolçularla da yollarımızı ayıracağıq”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqası uzun marafon olduğunu bildirən Əsədov formada olan bütün futbolçulara şans verdiyini söyləyib. Onun fikrincə, hazırda “Neftçi”nin lider olması doğru yolda olduqlarını göstərir: “Mətbuatda gedən yazıları izləyirəm. Rəşad Abdullayevin, Elmar Baxşiyevin, Amit Quluzadənin, Ruslan Əmircanovun komandanı tərk edə biləcəyini yazırlar. Bu oyunçular meydanda olduqları zaman bizə çox xeyirləri dəyir. Rəşad Abdullayev bu mövsüm öz çıxışı ilə komandanın ən aparıcı futbolçularından birinə çevrilib. Hətta ölkə mətbuatı onun niyə yığmaya dəvət edilməməsi ilə bağlı Berti Foqtsa suallar ünvanlayır. Elmar Baxşiyev klubumuzun vitse-kapitanıdır, düzdür hazırda o bəzi matçlarda ehtiyatda qalır. Lakin, Elmarın ehtiyatda qalması sırf taktika ilə bağlıdır. Ruslan Əmircanov məhz "Neftçi"dəki çıxışından sonra yığma komandaya dəvət alıb. Hazırda da bizim ona böyük ümidlərimiz var. Amit Quluzadəyə isə yetərincə gənc olmasına baxmayaraq, bir çox vacib matçlarda forma geyinmək şansı vermişik”.
Baş məşqçi bildirib ki, flaqmanın heyəti nə qədər geniş olarsa, mövsümün sonunda qızıl medalları qazanmaq şansı daha da artacaq”.

Oxşar yazılar

"Liverpul" finalda "Nyukasl"a məğlub oldu
17 mart 2025 , 00:12
“Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərildi
16 mart 2025 , 22:21
Boksçularımız 1 qızıl və 2 gümüş medal qazandı
16 mart 2025 , 12:01
Dünyanın ən populyar idman növü və turniri AÇIQLANDI
16 mart 2025 , 11:05
Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi oldu
16 mart 2025 , 03:47
Futbolçu elə zədə aldı ki, arvadını tanıya bilmir
15 mart 2025 , 19:15
"Yaşımdan utanmıram, son sözümü deməmişəm" - Levandovski
15 mart 2025 , 16:38