Çempionlar Liqası: “Rabitə” - ŞOU!
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu İtaliyanın “Skavolini” (Pesaro) komandasını məğlub edib – 3:1.
“Sərhədçi” İdman-Olimpiya Mərkəzində keçirilmiş qarşılaşmada “Rabitə” ilk 2 seti 25:19 və 25:23 hesablı üstünlüklə başa vurub. 3-cü setdə 2-ci setin hesabı təkrarlanıb. Bu dəfə “Skavolini” üstün olsa da, 4-cü setdə “Rabitə” birinci setin hesabını təkrarlayıb və 25:19 hesabı ilə qalib gələrək yekun nəticəni müəyyənləşdirib. 1900 tamaşaçının izlədiyi görüşdə komandamızın heyətində ən məhsuldar oyunçu 19 xal yığan Natalya Məmmədova, “Skavolini”də isə 28 xal toplayan Manon Flier olub.
Görüşdən sonra “Rabitə”nin baş məşqçisi Deyan Brdoviç deyib: “Çox çətin oyun oldu. Komandamız daha yaxşı oynaya bilər. Fikrimcə, bu qələbə komandamızın əsl oyununu sərgiləməsinə kömək edəcək”.
Natalya Məmmədova isə nəticədən xeyli razılıq ifadə edib: “Bu, öz şanslarımıza inanmaq baxımından bizim üçün çox vacib matç idi. Azarkeşlərimiz möhtəşəm idi, onlar daim bizi dəstəkləyirlər. Şadam ki, belə azarkeşlərə gözəl hədiyyə bəxş edə bildik”.
“Skavolini”nin baş məşqçisi Paolo Tofoli öz meydançalarında keçirəcəkləri təkrar qarşılaşmada intiqam almağa çalışacaqlarını söyləyib: “Rəqibimiz heyətində Natalya Məmmədova, Sanya Starova, Kimberli Qlass kimi ulduzları olan böyük komandadır. Onlar qalib gəlmək üçün bütün mümkün olanı etdilər. Biz isə oyuna ulduz voleybolçumuz Destini Hukersiz çıxmışdıq. Top qəbulunda çox pis oynadıq. Məğlubiyyətimizin əsas səbəbi də bu oldu. Lakin rəqibimiz böyük voleybol şousu göstərdi. İtaliyada keçirəcəyimiz cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.
Kapitan Martina Quççi də “Rabitə” haqda xoş sözlər söyləyib: “Biz Azərbaycan Superliqasının səviyyəsinin daha da artdığının şahidi oluruq. Rəqibimizin heyətində çoxlu yüksək səviyyəli əcnəbilər var. Mən sadəcə, bu qələbə münasibətilə “Rabitə”ni təbrik edirəm”.
Qrupun digər oyununda “Aluprof” (Bielsko-Biala, Polşa) “Dinamo Romprest” (Buxarest, Rumıniya) üzərində qələbə qazanıb – 3:2 (24:26, 25:19, 34:36, 25:16, 15:7).
Beləliklə, bundan öncə də “Dinamo Romprest”i 3:0 hesabı ilə yenən “Rabitə” 2 oyundan 4 xalla E qrupunda liderliyini möhkəmlədib. Komandamız 3-cü turda səfərdə “Aluprof”la qarşılaşacaq. Dekabrın 9-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

552