“Barselona” dünya klublarının reytinqində liderliyə yüksəldi
03 dekabr 2010 01:05 (UTC +04:00)

“Barselona” dünya klublarının reytinqində liderliyə yüksəldi

Lent.az-ın məlumatına görə, Azərbaycanın siyahıdakı yeganə təmsilçisi “Qarabağ” ötən ayla müqayisədə 35 pillə geriləyib.

Hazırda 78 xala malik Ağdam komandası “River Pleyt” (Argentina), “Atletiko Qoyanyense” (Braziliya), “Loryan” (Fransa), “Arsenal” (Sarandi, Argentina) və “Espanyol” (İspaniya) klubları ilə birgə 271-ci pilləni bölüşür.

Siyahıya isə artıq “Barselona” (İspaniya) başçılıq edir. Kataloniya təmsilçisi İspaniya çempionatının ötən turunda “Real” üzərində qazandığı 5:0 hesablı qələbə sayəsində liderliyə yüksəlib. Hazırda 301 xala malik “Barsa” 297 xalı olan İtaliya “İnter”ini qabaqlayır. “Bavariya” (Almaniya) 264 xalla 3-cü pillədə qalıb. “Real” isə 1 pillə geriləyib və 222 xalla 9-cu yerdə qərarlaşıb. “Estudiantes” (Argentina) 239 xalla 7-ci pillədən 4-cü yerə, “Atletiko” (Madrid, İspaniya) 236 xalla 6-cı pillədən 5-ci pilləyə, 235 xal yığan “Mançester Yunayted” (İngiltərə) 11-ci pillədən 6-cı yerə yüksəlib. Əvəzində İngiltərənin “Çelsi” və “Liverpul” klubları geriləyib. “Çelsi” 235 xalla 4-cü pillədən 7-ciyə, 230 xalı olan “Liverpul” isə 5-ci pillədən 8-ə enib. 10-cu pillədə isə “İnternasyonal” (Braziliya) isə 217 xalla 10-cudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar