“Spartak” da Mahir Şükürovu istəyir
02 dekabr 2010 12:41 (UTC +04:00)

“Spartak” da Mahir Şükürovu istəyir

Yaxın çevrəsindən Lent.az-a verilən məlumata görə, 28 yaşlı müdafiəçi hazırda gələcək karyerasını hansı klubda davam etdirəcəyi haqda düşünür.

Şükürova Rusiya Premyer Liqasına yenicə vəsiqə qazanan Nijni-Novqorodun “Volqa” komandasından əlavə, çempionatı 6-cı pillədə başa vurmuş Nalçik “Spartak”ından da təklif gəlib. “Volqa”dan onu hələ “Anji”də birgə çalışdığı baş məşqçi Omari Tetradze istəyir. “Spartak”a gəldikdə, klubun vitse-prezidentlərindən biri təcrübəli müdafiəçinin xidmətlərində maraqlıdır. Nalçik komandasının baş məşqçisi Yuri Krasnojanın isə Moskva “Lokomotiv”inin sükanı arxasına keçəcəyi gündəmdədir.

“Anji” rəhbərliyi, baş məşqçi Hacı Hacıyev və yerli azarkeşlər Şükürovun qalmasında israrlıdırlar. Elə futbolçunun da klubla hələ 2 illik müqaviləsi var. Sadəcə, həmyerlimizin Mahaçqala komandasının köməkçi-məşqçisi Andrey Qusinlə münasibətləri qaydasında deyil. Lakin əslən ukraynalı Qusin Kiyev “Dinamo”suna yollana bilər. “Dinamo”nun prezidenti İqor Surkis onun vaxtilə futbolçu kimi çıxış etdiyi komandaya məşqçi qismində qayıtmasında maraqlıdır. Bu, baş versə, Şükürov karyerasını “Anji”də davam etdirəcək. Əks halda, o, təklifləri də nəzərdən keçirə bilər. İstənilən halda, təcrübəli müdafiəçinin Mahaçqalada qalma ehtimalı daha yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791

Oxşar yazılar