Dünyanın ən yaxşı qadın tennisçisi açıqlandı
02 dekabr 2010 10:17 (UTC +04:00)

Dünyanın ən yaxşı qadın tennisçisi açıqlandı

Lent.az-ın məlumatına görə, WTA (Qadın Tennisçilər Assosiasiyası) reytinqində 3-cü yeri tutan Kleysters bu il 5 turnirin qalibi olub.

Onlar arasında “US Open” və WTA-nın yekun turniri də var. Kleysters 2005-ci ildə də eyni ada layiq görülüb. 27 yaşlı tennisçi övlad dünyaya gətirdiyi üçün böyük tennisə 2009-cu ildə qayıdıb.

Qadın tennisində ən yaxşı cütlük kimi italiyalı Flavio Pennetta ilə argentinalı Xisela Dulko seçilib. Artıq karyerasını başa vurmuş Yelena Dementyeva “Fair Play” mükafatı qazanıb. BMT-nin xoşməramlı səfiri Mariya Şarapova isə humanitar fəaliyyətinə görə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar