AFFA “Bakılı”nın stadionunu aldı
01 dekabr 2010 18:46 (UTC +04:00)

AFFA “Bakılı”nın stadionunu aldı

AFFA “8-ci km” qəsəbəsindəki “Bakılı” klubuna məxsus stadionu alıb. Bu haqda Lent.az-a federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq həmin stadion AFFA-nın balansına keçirilib. Arenada inşaat işlərinə də başlanılıb. E.Məmmədov bildirib ki, idman qurğusu 2012-ci ilin əvvəllərində istifadəyə veriləcək.

11 min nəfərlik tamaşaçı tutumuna malik olacaq stadionun meydançasına təbii ot örtüyü döşənəcək. 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı matçlarının bir qismi məhz bu arenada təşkil olunacaq.

Qeyd edək ki, hazırda AFFA tərəfindən Mərdəkan və Bayıl qəsəbələrində də stadionlar inşa edilir. Həmin arenaların meydançaları yüksək səviyyəli süni örtükdən ibarət olacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235

Oxşar yazılar