Avropa Liqası: “Yuventus”un taleyi “Lex”dən asılıdır
01 dekabr 2010 19:00 (UTC +04:00)

Avropa Liqası: “Yuventus”un taleyi “Lex”dən asılıdır

Lent.az-ın məlumatına görə, ilk oyun günündə turnirin 1/16 final mərhələsinə daha 10 vəsiqə uğrunda mübarizə gedəcək.

Bu qruplardan ilk 2 vəsiqənin taleyinə 4-cü turda aydınlıq gəlib. Rusiyanın “Zenit” və Almaniyanın “Ştutqart” klubları növbəti mərhələyə yüksəliblər. Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubunu penaltilər seriyasında üstələmiş Polşanın “Lex” komandası Avropa Liqasında 1/16 finala çıxmağa çox yaxındır. Bunun üçün Poznan təmsilçisinə öz meydançasında İtaliya “Yuventus”u ilə keçirəcəyi qarşılaşmada kiçik hesablı heç-heçə də kifayətdir.

Qeyd edək ki, daha 6 qrupda 12 oyun noyabrın 2-də baş tutacaq. Həmin qruplardan isə BATE (Belarus), MOİK (Rusiya) və “Portu” (Portuqaliya) 1/16 finala vəsiqəni təmin ediblər.

A qrupu

00:05. “Mançester Siti” (İngiltərə) – “Zalsburq” (Avstriya)

00:05. “Lex” (Polşa) – “Yuventus” (İtaliya)

B qrupu

00:05. “Atletiko” (İspaniya) – “Aris” (Yunanıstan)

00:05. “Rusenborq” (Norveç) – “Bayer” (Almaniya)

C qrupu

00:05. “Sportinq” (Portuqaliya) – “Lill” (Fransa)

00:05. “Gent” (Belçika) – “Levski” (Bolqarıstan)

G qrupu

22:00. “Zenit” (Rusiya) – “Anderlext” (Belçika)

22:00. “Xayduk” (Xorvatiya) - AEK (Yunanıstan)

H qrupu

22:00. “Yanq Boyz” (İsveçrə) – “Ştutqart” (Almaniya)

22:00. “Odense” (Danimarka) – “Xetafe” (İspaniya)

İ qrupu

22:00. “Metallist” (Ukrayna) – “Debretsen” (Macarıstan)

22:00. “Sampdoriya” (İtaliya) - PSV (Hollandiya)

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar