Moskva məşhur idmançı ilə vidalaşdı
01 dekabr 2010 17:01 (UTC +04:00)

Moskva məşhur idmançı ilə vidalaşdı

Bu gün “Ostankino” teleqülləsinin 5-ci studiyasında SSRİ yığma komandasının və Moskva “Spartakı”nın aparıcı futbolçusu olmuş məşhur teleşərhçi Vladimir Maslaçenko ilə vida mərasimi keçirilib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, vida mərasimi saat 10:00 radələrində başlayıb.

Teleqüllə ərazisinə giriş sərbəstdir. Yüzlərlə insan vida mərasiminə axışıb. Onların arasında idman aləminin məşhurlarından olan Valeriy Nepomnyaşiy, Yevgeniy Lovçev, Georgiy Yartsev, Oleq Romantsev, Boris Mayorov, Vladimir Qomelskiy və digərləri olub. Salonda mikrofon qurulub. Şərhçi Vasiliy Utkin, basketbol məşqçisi və şərhçi Vladimir Qomelskiy, qonşusu Boris İvanoviç onunla bağlı xatirələrini danışıb. Saat 13:00-da Vladimir Maslaçenkonun cənazəsi “Ostankino” kilsəsinə gətirilib. O, Vaqankovsk qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, “NTV-Plyus Futbol" telekanalında şərhçi işləyən 74 yaşlı Vladimir Maslaçenko noyabrın 28-də gecə saatlarında Moskva xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilib. SSRİ yığması və Moskva “Spartak”ının keçmiş qapıçısına kəskin hipertonik böhran diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olmayıb.


Vladimir Maslaçenko 1961-ci ildə SSRİ-nin ən yaxşı futbol qapıçısı elan edilib. 1970-ci ildə karyerasını bitirdikdən sonra o idman jurnalistikası sahəsində çalışmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar