Devid Bekhem Araz Abdullayevə yoldaş olmaq istəmədi
01 dekabr 2010 15:13 (UTC +04:00)

Devid Bekhem Araz Abdullayevə yoldaş olmaq istəmədi

Lent.az-ın “Sport.co.uk” internet nəşrinə istinadən verdiyi məlumata görə, “Everton”un baş məşqçisi Devid Moyes Bekhemin 2010-2011-ci il mövsümünün sonunadək, yəni yarım illik icarəyə götürülməsini istəyib.


Əvvəllər 35 yaşlı yarımmüdafiəçi iki dəfə “Qalaksi”dən ayrılıb. O, İtaliyanın “Milan” klubunda icarə əsasında çıxış edib. Lakin bu dəfə futbolçu icarə haqda təklifi rədd edib. Bekhem bildirib ki, özünü 10 ilədək çıxış etdiyi “Mançester Yunayted”in azarkeşi sayır və tarixən “qırmızı şeytanlar”ın rəqibi olmuş “Everton”a keçməyə hazırlaşmır. Bununla belə, təcrübəli yarımmüdafiəçi Moyesə hörmətlə yanaşdığını da əlavə edib.


Qeyd edək ki, “Everton” İngiltərə çempionatında 15 turdan sonra 16 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb. Bu kluba “Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin transferi gündəmdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar