“Neftçi” millinin hücumçusunu transferə çıxardı
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisində də çıxış edən Quliyevə flaqmanın baş məşqçisi Arif Əsədovun qərarı ilə özünə yeni klub axtarmaq tövsiyə edilib.
Əsədov deyib: “Mövsümün əvvəlində Fərid Quliyevin gənc və perspektivli futbolçu kimi komandamıza transfer edilməsini lazım bildik. Deməliyəm ki, ona yetərincə şans verdik. “Neftçi” kimi iddialı klubda çıxış etmək üçün daha çox çalışmaq lazımdır. Quliyevə məhz bunları aşılamağa çalışdıq. Qeyd etməliyəm ki, son zamanlar məşqlərdə Fərid Quliyev özünü lazımi tərəfdən göstərə bilmirdi. Məhz buna görə də ona özünə yeni klub tapmağı tövsiyə etdik. Üstəlik, "Neftçi"nin heyətində Bahodir Nasimov, Emil Mpenza, 21 yaşlılardan ibarət yığmamızın üzvü Ruslan Qurbanov kimi hücumçular da yer alır. Fəridə gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Fərid Quliyev “Neftçi”nin futbolçusu kimi cəmi 1 qol vurub. Həmin qol sentyabrın 18-də autsayder MOİK-lə matça təsadüf edib. Görüş flaqmanın 4:0 hesablı qələbəsi ilə nəticələnib. Ümumilikdə isə Quliyev 15 tur ərzində 10 oyuna çıxıb. Qalan 5 oyundan 3-də o, ehtiyatda qalıb, 2-də isə oynamayıb. Oynadığı görüşlərdə isə hücumçu 3 dəfə start heyətində meydançaya çıxıb. Onların yalnız 2-də 90 dəqiqə meydançada olan Quliyev digərində 37-ci dəqiqədə əvəzlənib. Qalan oyunlarda isə o, meydançaya ikinci hissədə daxil olub.

Oxşar yazılar

"Bavariya" "Bayer"in lideri uğrunda "Barselona" ilə mübarizə aparacaq
1 may 2025 , 19:45
Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı
1 may 2025 , 17:40
"Bayer" 19 yaşlı yarımmüdafiəçini transfer etdi
1 may 2025 , 14:54
Dünyanın ən yaxşı 10 bombardiri - SİYAHI
1 may 2025 , 09:37
“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34
Bu mövsüm bir oyunda meydana çıxmayıb: “Yuventus” müqaviləsini uzatdı
30 aprel 2025 , 19:20Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 , 12:20