UEFA Joze Mourinyonu cəzalandırdı
UEFA İntizam Komitəsi noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində Hollandiyanın “Ayaks” və İspaniyanın “Real” klubları arasında keçirilmiş oyunla bağlı bir sıra qərarlar qəbul edib. Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Real”ın baş məşqçisi Joze Mourinyo 2 Avrokubok matçından diskvalifikasiya olunub.
Amma ikinci oyun 3 illik sınaq müddəti olmaqla şərti xarakter daşıyır. Bununla yanaşı, portuqaliyalı mütəxəssis 40 min avro cərimələnib. Futbolçulardan Xabi Alonso və Serxio Ramos hərəyə 20 min avro, İker Kasilyas 10 min avro, Yeji Dudek isə 5 min avro ziyana düşüb. Alonso və Ramosa göstərilmiş qırmızı vərəqələr qüvvədə saxlanılıb. Onlar bir Avrokubok oyununu buraxmalı olacaqlar. Bunlardan əlavə, “Real” 120 min avro cərimələnib.
Qeyd edək ki, “Ayaks”la görüşün sonlarında “Real” 4:0 hesabı ilə öndə olduğu vaxt “kral klubu” iki şübhəli qırmızı vərəqə alıb. Xabi Alonso və Serxio Ramosa baş məşqçi Joze Mourinyonun belə bir göstəriş verdiyi güman olunur. Mourinyo tapşırığını ehtiyat qapıçı Yeji Dudek vasitəsilə çatdırıb. Portuqaliyalı mütəxəssisdən təlimat alan Dudek “Real”ın əsas qapıçısı İker Kasilyasa yaxınlaşıb və ona baş məşqçinin göstərişlərini ötürüb. Sonra Kasilyas bu barədə Alonso və Ramosu məlumatlandırıb. Onlar isə müvafiq olaraq, 87 və 90-cı dəqiqələrdə vaxtı uzatdıqları üçün ikinci sarı vərəqə alaraq, meydançadan qovulublar. Xabi Alonso ilə Serxio Ramos qrup mərhələsinin son turunda Fransa “Oser”i ilə matçı buraxacaq. Amma həmin oyun artıq Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin etmiş “kral klubu” üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Əvəzində hər iki futbolçu “pley off” mərhələsinin oyunlarına “təmiz” çıxacaqlar.

Oxşar yazılar

Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42