Yuri Syomin “Lokomotiv”dən qovuldu
01 dekabr 2010 10:21 (UTC +04:00)

Yuri Syomin “Lokomotiv”dən qovuldu

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda qərar Direktorlar Şurasının toplantısında qəbul olunub.

İclasda 63 yaşlı mütəxəssislə “Lokomotiv” arasındakı müqavilənin qarşılıqlı razılıq əsasında dekabrın 1-dən etibarən pozulması münasib sayılıb. Yaxın vaxtlarda Direktorlar Şurası komandanın yeni baş məşqçisini təsdiqləyəcək. Bu postu Nalçik “Spartak”ının baş məşqçisi Yuri Krasnojanın tutacağı gözlənilir.

Qeyd edək ki, 1986 – 2005-ci illərdə də “Lokomotiv”də çalışmış Yuri Syominin komandaya qayıdışı 2009-cu ilə təsadüf edib. Lakin o, ilk məşqçilik dövrü ilə müqayisədə son ilyarım ərzində uğur əldə edə bilməyib. Ötən həftəsonu başa çatan Rusiya çempionatında “Lokomotiv” 5-ci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar