“Qarabağ”dan Qurban Qurbanova dəstək
30 noyabr 2010 19:06 (UTC +04:00)

“Qarabağ”dan Qurban Qurbanova dəstək

Azərbaycanın beynəlxalq aləmdə ən uğurlu məşqçisi kimi “Qarabağ” rəhbərliyi ona inanır və bu çətin günləri birgə səylərimizlə geridə qoyacağımıza əminik”. Lent.az-ın məlumatına görə, bu fikirlər Ağdamın “Qarabağ” futbol klubunun noyabrın 30-da yaydığı bəyanatda yer alıb.

Sənəddə bildirilir ki, baş məşqçi Qurban Qurbanovun müqaviləsi kağız üzərində deyil, qarşılıqlı inama əsasən imzalanmış, daimidir: “Qurban Qurbanov və “Qarabağ” adlarının gələcəkdə də eyni məqsəd üçün səslənəcəyini bir daha hər kəsə bəyan edirik”.

Qeyd edək ki, Unibank Premyer Liqasında son 3 turu məğlubiyyətlə başa vuran “Qarabağ” hazırda 15 oyundan 21 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar