Ağayar Axundzadə: “Bu da onun “çox sağ ol”udur?” - MÜSAHİBƏ
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadənin Lent.az-a müsahibəsi
- Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Qran-pri” turnirində iştirak etmisiniz. Komandamızın gözləniləndən zəif çıxışının səbəbini nədə görürsünüz?
- Bu yarış ötənilki analoji “Qran-pri”dən çox güclü idi. 2009-cu ildə Əbu-Dabiyə 2 idmançı ilə yollanmışdıq və onlar 2 görüşdən sonra mükafatçılar sırasına düşmüşdülər. Bu dəfə isə turnirə 54 ölkə qatılmışdı. Bu isə onu göstərir ki, 2012-ci il London Yay Olimpiya Oyunları yaxınlaşdıqca rəqabət də çoxalır.
- Mükafat fondu da yüksək idi?
- Əlbəttə, yüksək idi. Bununla yanaşı, idmançıların keyfiyyət tərkibi və onların London olimpiadası üçün daha çox lisenziya xalı yığmaq istəyi də yarışın səviyyəsinə təsirsiz ötüşməmişdi. Güclü ölkələrdən Yaponiya və Cənubi Koreya cüdoçuları iştirak etmirdilər. Onlar da həmin ərəfədə Çində başa çatan Asiya Oyunlarına qatılmışdılar. Pul mükafatı hər çəkidə mükafatçılar sırasına düşən 4 cüdoçuya verilirdi. Eyni zamanda, bütün görüşlərində ipponla qalib gələnlər 20 min dollar qazanırdı.
- Olimpiya çempionumuz Elnur Məmmədlinin yeri məlum...
- Çox... Xəstələnməsəydi, 81 kq çəki dərəcəsində lazımi səviyyədə işləyə bilərdi. Qızdırması var idi. Həkimlər məsləhət görmədi. Birləşmiş Ərəb Əmirlikləri isti ölkə olduğundan, kondisioner altında işləməli olacaqdı. Bu da Məmmədliyə daha böyük problem yarada bilərdi. Ona görə də nə yarışa getməsi, nə də turnirdən sonra təlim-məşq toplantısında iştirakı məsləhət olmadı. İnşallah, başqa yarışda iştirak edər. 2011-ci ilin 15-16 yanvarda Bakıda daha səviyyəli “Masters” turniri olacaq. İndi Məmmədli həmin yarışa hazırlaşır.
- “Qran-pri”yə qatılan heyətdəki cüdoçuların əksəriyyəti əsas heyət üzvləri idi. Amma London olimpiadasına lisenziya xalları verən ilk “5-liy”ə onlar yox, yarışa öz pulu ilə yollanan Elxan Rəcəbli düşə bildi...
- Mən bu il Rəcəblini həm Avropa, həm də dünya çempionatında sınaqdan çıxarmışam. Lakin o, Avropa çempionatında cəmi bir görüşü qələbə ilə başa vura bildi. Dünya çempionatında isə elə ilk görüşdəcə uduzdu. Əvəzində Elxan Məmmədov 90 kq çəki dərəcəsində həm Avropa, həm də dünya çempionatında bürünc medal qazandı, Elnur Məmmədli isə Avropa çempionatına yollanmasa da, dünya çempionatında 81 kq çəkidə 5-ci yeri tutdu. Biz də Rəcəblini bu yarışa aparmadıq ki, özü nəyə görə kənarda qaldığını başa düşsün. Amma o, saytınıza “Mən öz pulumla getmişəm” deyə açıqlama verib. Öz pulu ilə gedib-gedib də... Bizdə başqa idmançılar da var ki, yarışlara öz pulları hesabına gedirlər. 2001-ci ildən sonra onun nə Avropa, nə də dünya çempionatlarında bir dənə də nəticəsi olmayıb. Bu ildən dünya çempionatında hər çəkidə iki cüdoçunun iştirakına icazə veriblər. Biz də sentyabrda Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında 81 kq çəkidə ona və Elnur Məmmədliyə şans verdik. Olardı da nəticəsi... Amma Elnur Məmmədli 7 görüş keçirdi və 5-ci yeri tutdu. Ona görə də yığmanın baş məşqçisi kimi Rəcəblini “Qran-pri”yə aparmamağa qərar verdim. O öz pulu ilə gedib iştirak edibsə, şəxsi işidir. Ona icazə verməsəydim, heç öz pulu ilə də getməzdi. Bu, görüş deyil, Moskva, Sankt-Peterburq deyil ki, öz pulu ilə rahat gedib-gəlsin. Burda qoyub getsəydik, öz puluna gedə bilərdi? Bu da onun “çox sağ ol”udur?
- Artıq Elnur Məmmədlinin iştirak edə bilməyəcəyi məlum olduqdan sonra 81 kq çəkidə “Qran-pri”yə aparılmağa yalnız Elxan Rəcəbli qalırdı. Məgər Rəcəblini bu çəki dərəcəsində sifariş edib federasiyanız hesabına apara bilməzdiniz?
- Mən hər iki cüdoçu üçün sifariş vermişdim. Sadəcə, idmançı başa düşməlidir ki, yarışlara nəticə üçün gedir. Biz turist aparmırıq. Olimpiadaya lisenziya xallarına da baxanda, Elnur Məmmədlinin bu il ərzində yığdığı xallar Elxan Rəcəblininkindən çoxdur. Amma Rəcəbli əvvəllər də yığdığı xalları qabardaraq, “Məndə xal çoxdur” deyir. Onun xalları ötənilki, inişilkilərdir. Məmmədlinin xalları isə bu ilin aprelindən hesablanmağa başlayıb. Elnur dünya çempionatında 5-ci, Misirin paytaxtı Qahirədə keçirilmiş Dünya Kubokunda 1-ci yeri tutub. Bunları hesablasaq, Məmmədlinin xalları Rəcəblininkindən çoxdur. Elxanın xalları 2009-cu ildən indiyədək hesablananlardır. O, 2010-cu ildə Qahirədə 3-cü, Əbu-Dabidə isə 5-ci olub. Hesablayın görək, hansının daha çox xalı var?
- Elxan Rəcəbli Lent.az-a açıqlamasında deyib ki, “Məni Elnur Məmmədliyə görə artıq saydılar”. Rəcəblinin bu fikirlərində nə dərəcədə həqiqət var?
- Bu, onun öz fikridir. Mən hər idmançının fikirlərinə münasibət bildirəsi deyiləm. Belə yarışlarda yer tutsun, onu da aparım. Yenə deyirəm, Elxan Rəcəblinin bir dənə nəticəsi olub - 2001-ci il dünya çempionatında bürünc medal. Bununla da qurtarıb. Görün, o vaxtdan neçə il keçib?
- Demək istəyirsiniz ki, Rəcəbli karyerasını başa vurmalıdır?
- Mən demirəm ki, getsin. Əksinə, işləsin, çalışsın, daha da artırsın. Təkcə təlim-məşq toplantılarında işləməklə deyil. Evdə də çalışmaq lazımdır. Məşqçisi bir dəfə zəng vurub soruşmur ki, səhvləri nədən ibarətdir, nəyi aradan qaldırmaq lazımdır? Amma yarışdan kənarda qalanda deyir ki, mənim yetirməm niyə aparılmır?
- Onun şəxsi məşqçisi kimdir?
- Mən bilmirəm. Atası Əhməddin Rəcəbli də məşqçidir. Bəlkə də onun rəhbərliyi altında çalışır. Hər bir cüdoçunun məşqçisi mənimlə əlaqədə olmalıdır. Bəzi məşqçilər var ki, öz yetirməsinin harada olduğunu və necə məşq etdiyini bilmir.
- Ümumiyyətlə, Elxan Rəcəblinin atası ilə söhbətdə də onlara Azərbaycan yığma komandası və Azərbaycan Cüdo Federasiyasında münasibətin birmənalı olmadığı hiss olunur, sanki digər idmançılardan fərqli yanaşılır. Bunu səbəbi nədədir?
- Bizim tərəfimizdən heç bir ayrıseçkilik yoxdur. Onların özləri ayrıseçkilik salırlar. Demişdik ki, kim daha çox lisenziya xalı toplasa, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına aparılacaq. Həmin vaxt 81 kq çəki dərəcəsində iki namizəd cüdoçumuz vardı: Mehman Əzizov və Elxan Rəcəbli. Hətta komanda yoldaşından yarım xal irəli olan cüdoçunu olimpiadaya aparacağımızı demişdim. Nəticədə Əzizov çox xal topladı və Pekinə vəsiqə əldə etdi. Amma Əhməddin Rəcəbli “Mənim oğlum qaldı, amma əvvəlki 2 olimpiadada iştirak edən yenə yollandı” deyə ora-bura şikayət etməyə başladı. Əgər Mehman 3 olimpiadaya gedibsə, hamısına lisenziya əldə etdiyi üçün yollanıb. Biz hər bir cüdoçuya eyni gözlə baxırıq. Heç kimin haqqını yemirik. Bu, öz fikirləridir ki, guya federasiyada onları sıxırlar, baxmırlar. Bizim üçün fərqi yoxdur. Kim güclüdürsə, qoy, o getsin. Əgər Elnur Məmmədlinin xalı aşağı olacaqsa, London olimpiadasına getməyəcək. Amma dünya çempionatında Məmmədli olimpiya çempionu olduğu 73 kq çəki dərəcəsində yox, 81 kq çəkidə güləşməsinə baxmayaraq, bacarığını ortaya qoydu.
- Sizcə, “Qran-pri”də Elnur Məmmədli də iştirak etsəydi, Elxan Rəcəblidən daha yaxşı nəticə göstərə bilərdi?
- Bu, yarışdır. Mən falçı deyiləm. 90 kq çəkidə yarışan Elxan Məmmədov ikinci görüşündə əlcəzairli Layes Buyakub kimi güclü rəqiblə üz-üzə gəldi və uduzdu. Yəni, püşkatmadan da çox şey asılıdır.
- Bu nəticədən sonra Elxan Rəcəblinin federasiya hesabına beynəlxalq yarışlarda iştirak edə biləcəyini söyləmək olar?
- Bu yaxınlarda Azərbaycan çempionatı olacaq. Ölkə birinciliyində göstərəcəyi nəticədən asılı olaraq, onun gələcək beynəlxalq yarışlarda iştirakına dair qərar veriləcək.
Elşən MƏMMƏDOV

1019