Unibank Premyer Liqası: “Bakı”nı ayırdılar
30 noyabr 2010 17:58 (UTC +04:00)

Unibank Premyer Liqası: “Bakı”nı ayırdılar

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun 6 matçından 5-i eyni vaxtda başlanacaq.

Mərkəzi qarşılaşmaların start fiti isə eyni gündə və eyni saatda çalınacaq. Dekabrın 4-də saat 14:00-da AZAL lider “Neftçi”ni “Şəfa” stadionunda, “Qarabağ” isə “İnter”i uzun fasilədən sonra Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda qəbul edəcək. Qarşıdakı tura dekabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Bakı” – “Simurq” matçı ilə yekun vurulacaq.

4 dekabr (şənbə)

14:00. MOİK (Bakı) – “Qəbələ”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

14:00. AZAL (Bakı) – “Neftçi” (Bakı)
”Şəfa” stadionu.

14:00. “Turan” (Tovuz) – “Xəzər Lənkəran”
Tovuz şəhər stadionu.

14:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

5 dekabr (bazar)

14:00. “Gəncə” – “Muğan” (Salyan)
Gəncə şəhər stadionu.

16:00. “Bakı” – “Simurq” (Zaqatala)
Tofiq Bəhramov adına Respublika stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar