Denis Silva: “Süni örtüklü meydança oyunumuza təsir etməyəcək” - MÜSAHİBƏ
30 noyabr 2010 14:40 (UTC +04:00)

Denis Silva: “Süni örtüklü meydança oyunumuza təsir etməyəcək” - MÜSAHİBƏ

- “Qarabağ”la son oyun necə keçdi?

- Oyun çətin keçdi, buna baxmayaraq, bizə lazım olan nəticəni əldə edə bildik. Rəqibimiz çox yaxşı oyun sərgilədi, çünki “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridir. “Qarabağ”la oyunda qalib gəlmək təkcə turnir cədvəlində yerimizi möhkəmləndirmək üçün yox, həm də komandada motivasiyanın daha yüksək olması üçün vacib idi. Növbəti oyunda bu, bizim üçün stimul olacaq.

- Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir?

- Komanda daxilində əhval-ruhiyyə çempionatın əvvəlində olduğu kimidir. Futbolçular hər oyunda yalnız qələbə, layiqli mübarizə aparmaq və xal qazanmaq haqqında düşünür.

- Növbəti qarşılaşma süni örtüklü meydançada keçiriləcək. Bu, sizin üçün çətin olmayacaq?

- Təbii ki, çətin olacaq. Çünki məşqlərimizi və oyunlarımızın əksəriyyətini təbii örtüklü meydançalarda keçiririk. Ancaq düşünürəm ki, bu amil bizim oyunumuza təsir etməyəcək, çünki biz peşəkar futbolçuyuq.

- Sizin üçün təəccüblü deyilmi ki, AZAL komandası keçən ildən fərqli olaraq, daha yaxşı oyun nümayiş etdirir və turnir cədvəlində “Xəzər-Lənkəran”la 2-ci və 3-cü pillələri bölüşür?

- Düşünürəm ki, AZAL klubu hazırda Azərbaycan Premyer Liqasında ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Onların belə çıxışı təkcə məni yox, hamını təəccübləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar