Baş məşqçi 5 oyunluq cəzalandırıldı
30 noyabr 2010 13:17 (UTC +04:00)

Baş məşqçi 5 oyunluq cəzalandırıldı

Lent.az-ın məlumatına görə, buna Azərbaycan çempionatının I divizionunun ötən turunda “Şəmkir”lə matçda Qasımovun hakimi təhqir etməsi səbəb olub.

Baş hakim Əmrah İbrahimov 71-ci dəqiqədə baş verən bu epizodla əlaqədar təcrübəli mütəxəssisi texniki zonadan kənarlaşdırıb. İntizam Komitəsi baş məşqçini cəzalandırmaqdan əlavə, “Şuşa”nı 500 manat cərimələyib.

Qeyd edək ki, oyun “Şəmkir”in 1:0 hesablı səfər qələbəsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar