Azərbaycan Ağır Atletika Federasiyası 11 min dollar cərimələndi
Bu haqda Lent.az-a AAAF-ın icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Əsgərovun sözlərinə görə, belə sərt cəzaya dopinq-testdən keçə bilməyən iki ağırlıqqaldıranımız – Zülfüqar Süleymanov və Rövşən Fətullayevin 4 illik diskvalifikasiyaya məruz qalmaları səbəb olub. Cərimənin yarısı Süleymanova, yarısı isə Fətullayevə kəsilib. AAAF rəsmisi qərardan apellyasiya verməyəcəklərini söyləyib: “Artıq hər iki idmançımızdan götürülən analizin həm A, həm də B probu müsbət nəticə verib. B probunun açılması prosesində federasiyamızın vitse-prezidenti Tofiq Heydərov iştirak edib. Biz bundan sonra çalışmalıyıq ki, qalan ağırlıqqaldıranlarımız belə məsələlərdə ehtiyatlı olsunlar. 3-cü atletimiz də hansısa yarışda dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılsa, Azərbaycanın ağırlıqqaldırma yığmasını 2012-ci il London Yay Olimpiya Oyunlarından məhrum edə bilərlər”.
Qeyd edək ki, həm Zülfüqar Süleymanov, həm də Rövşən Fətullayev apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında mükafatçılar sırasına düşüb. Fətullayev (94 kq) gümüş, Süleymanov (62 kq) isə bürünc medal qazanıb. Lakin onların orqanizmindən götürülmüş analizlər müsbət nəticə verib. Fətullayevdən metandionon, Süleymanovdan isə tostesteron tapılıb. Hər iki maddə gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub və onların istifadəsi qadağan olunub. İWF-nin qərarına əsasən, Süleymanovun cəzası 2010-cu il aprelin 6-dan, Fətullayevin cəzası isə 2010-cu il aprelin 10-dan qüvvəyə minib. Onlar 2014-cü il aprelin 6-sı və 10-dək diskvalifikasiyaya məruz qalıblar.
Elşən MƏMMƏDOV

1300