Azad Rəhimov “Real”ın stadionunda olub - FOTO
29 noyabr 2010 18:59 (UTC +04:00)

Azad Rəhimov “Real”ın stadionunda olub - FOTO

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İspaniya Ali İdman Şurasının sədri Xayme Lissavetskinin dəvəti ilə İspaniyada səfərdə olub. Lent.az-ın Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsində keçirilən görüş zamanı hər iki ölkə arasında idman sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, gələcək əməkdaşlıq yolları barəsində müzakirələr aparılıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair imzalanmış Memorandumda idman qurğularının layihələşdirilməsi və inşası sahəsində əldə olunmuş təcrübəyə dair məlumat mübadiləsinin təmin edilməsi, idmana aid elm və texnologiya sahəsində təcrübə mübadiləsinin aparılması, əlillər üçün idmanın dəstəklənməsi və təşviq olunması üzrə birgə proqramların işlənib hazırlanması, uşaq idmanının inkişafı, dopinqə qarşı mübarizə sahəsində əməkdaşlıq və s. mövzular öz əksini tapıb.

Səfər çərçivəsində Azad Rəhimov Madrid Elit İdmançıların hazırlığı Mərkəzində, Dövlət Antidopinq Mərkəzinin Dopinq Nəzarəti Laboratoriyasında olub və həmin mərkəzlərin işi barədə geniş məlumat əldə edib. Nümayəndə heyəti üçün Madridin “Real” klubuna məxsus “Santyaqo Bernabeu” stadionuna tanışlıq səfəri təşkil edib.

Qeyd edək ki, bu, Azərbaycan hökuməti nümayəndəsinin İspaniya Krallığına ilk rəsmi səfəridir. Bununla yanaşı Azad Rəhimov və Xayme Lissavetski arasında idman sahəsində əməkdaşlığa dair imzalanmış Memorandum iki ölkə arasında ilk rəsmi sənəddir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar