Futbol komandası 11 oyuna 220 qol buraxıb
29 noyabr 2010 18:47 (UTC +04:00)

Futbol komandası 11 oyuna 220 qol buraxıb

Lent.az-ın “Small world News Service”ə istinadən verdiyi məlumata görə, qarşılaşmaların birində “Medron” 0:55 hesabı ilə yenilib.

Baş məşqçi Alan Devenport ölkədə ən zəif komandaya rəhbərlik etdiyini etiraf edib. 2009-2010-cu il mövsümünün yekunlarına əsasən, “Medron” Kornuoll qraflığının ikinci həvəskarlar liqasından birincisinə yüksəlib. Lakin 2010-cu ilin yayında kollektivi çoxlu oyunçu tərk edib. Klubun heyətində yerli pivəxananın müştəriləri, habelə tələbələr oynayırlar. Çox vaxt “Medron” oyunlara tam tərkibdə çıxa bilmir. Noyabrın 27-də öz meydançasında keçirdiyi qarşılaşmada “Medron” 8 futbolçunun ümidinə qalıb və “Sent-Beryen”ə 0:22 hesabı ilə uduzub. Noyabrın 20-də “İlloqan”la 0:55 hesabı ilə nəticələnən qarşılaşmada isə komandanı cəmi 7 futbolçu təmsil edib. Qapıda isə meydança oyunçusu durub.

Komandası gülüş obyektinə çevrilsə də, 68 yaşlı Devenport çempionatdan çəkilmək fikrində olmadıqlarını açıqlayıb. Bütün oyunlarında uduzmasına baxmayaraq, “Medron” sonuncu pillədə deyil. Axırıncı yerdə “Storm” klubu qərarlaşıb. “Storm” mövsümün əvvəlində bir oyuna gəlmədiyi üçün 3 xal cərimələnib, qalan matçlarda isə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar