“Qarabağ” – “Neftçi” matçında Azərbaycan futbolu qazandı”
29 noyabr 2010 15:29 (UTC +04:00)

“Qarabağ” – “Neftçi” matçında Azərbaycan futbolu qazandı”

Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Slavço Georgiyevski klubun rəsmi saytına açıqlamasında deyib. Makedoniyalı yarımmüdafiəçinin fikrincə, belə görüşlərdə çempionluğa iddialı komandada gənc futbolçuların çıxış etməsi vacib faktlardan biridir: “Mirhüseyn Seyidov, Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev kimi gənclər Azərbaycan futbolunun gələcəyidirlər. Baş məşqçimiz onlara şans verməklə yığmanız üçün böyük işlər görür”.


“Qarabağ”ı Unibank Premyer Liqasının ən güclü komandalarından biri sayan Georgiyevskinin sözlərinə görə, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşmada hər kəs bunun şahidi olub. 30 yaşlı futbolçu oyunun çox çətin və gərgin keçdiyini deyib: “Qalib gəlməyi bacardığımız və liderliyimizi sürdürdüyümüz üçün çox sevinirəm”.


Qeyd edək ki, “Qarabağ”la qarşılaşmada “Neftçi” kapitan Ruslan Abışovun qolu sayəsində qələbə qazanıb – 1:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar