Şahin Diniyev “Terek”dən istefa verdi
Onun sözlərinə görə, Çeçenistan paytaxtı Qroznını təmsil edən komandadan öz istəyi ilə ayrılıb. Diniyev ailə vəziyyətini səbəb göstərib: “Klub rəhbərliyi məni komandada saxlamaqda israrlı idi. Lakin özüm Bakıya qayıtmaq istədiyimi bildirdim. İki ilədək ailədən kənarda yaşamaq həqiqətən də çətin idi. Düzdür, peşəkarlıq baxımından bu, normal haldır. Amma onu da nəzərə almaq lazımdır ki, ömür qısadır. Ailənin qayğılarına da vaxt ayırmaq lazımdır”.
Hələlik heç bir klubdan təklif almadığını deyən həmyerlimiz bir müddət istirahət edəcəyini vurğulayıb.
Qeyd edək ki, Şahin Diniyev 2009-cu ildən “Terek”də çalışırdı.
"Terek" bu mövsüm Rusiya çempionatını 33 xalla 16 komanda arasında 11-ci yerdə başa vurub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Çelsi”nin müdafiəçisi bu kluba keçdi
22 avqust 2025 , 18:11
Mourinyo onun dahi məşqçi olmasına kömək edən futbolçunun adını çəkdi
22 avqust 2025 , 16:14
Dünyanın ən seksual voleybolçusu yeni FOTOLARI ilə pərəstişkarlarını sevindirdi
22 avqust 2025 , 12:06
Hər qol üçün 20 milyon: "Mançester Yunayted”in ən uğursuz hücumçularının adı AÇIQLANDI
22 avqust 2025 , 10:08
KL: "Başakşehir" məğlub oldu, "Beşiktaş"dan heç-heçə
22 avqust 2025 , 04:30
İman Xelif şayiələrə görə OD PÜSKÜRDÜ
21 avqust 2025 , 19:47
Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq
21 avqust 2025 , 17:23