AFFA Vəli Qasımovu baş məşqçi təyin etdi
29 noyabr 2010 12:18 (UTC +04:00)

AFFA Vəli Qasımovu baş məşqçi təyin etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə veteran futbolçumuz Vəli Qasımova həvalə olunub.

Qasımov eyni zamanda Azərbaycanın əsas yığmasında baş məşqçi Berti Foqtsun köməkçisi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, 19 yaşlılardan ibarət millimizdə bunadək baş məşqçi vəzifəsini almaniyalı Bernhard Lippert yerinə yetirib. AFFA rəhbərliyinin yeni qərarına əsasən, Lippert bundan sonra yalnız 21 yaşlılardan ibarət millimizə başçılıq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar