Azərbaycan idmançısı Ramin Əzizov Parisi “partlatdı”
Fransanın paytaxtı Parisdə keçirilən taekvondo üzrə beynəlxalq turnirə yekun vurulub. Lent.az-ın Fransa Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda iştirak edən Azərbaycan yığması 1 qızıl, 1 bürünc medal qazanıb.
Qızıl medala 80 kq çəki dərəcəsində yarışmış Ramin Əzizov layiq görülüb. Əzizov Fransa, Mərkəzi Afrika Respublikası, Norveç və Portuqaliya və Yunanıstan taekvondoçularını yendikdən sonra finala yüksəlib. Həlledici qarşılaşmada təmsilçimiz Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı, Aaron Kuku (Böyük Britaniya) məğlub edib.
Günay Ağakişiyeva (57 kq) isə fransalı, iki almaniyalı və serbiyalı rəqiblərini məğlub edərək yarımfinala çıxıb. Lakin o, finala gedən yolda Fransa yığmasının Kanada əsilli üzvü Marlen Arnuaya yenilərək, bürünc medala layiq görülüb.
Digər taekvondoçularımıza gəldikdə, kişilərdən Samir Aydınov (58 kq), Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 68 kq), qadınlardan Xəyalə Quliyeva (49 kq), Səbinə Mikayılova (57 kq) və Yelena Abbasova (67 kq) daha erkən mərhələlərdə uduzaraq, mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, beynəlxalq turnir olimpiya çəki dərəcələri üzrə keçirilib.

1133