Kişilər arasında yekun turniri: Roje Federer Rafael Nadalı yendi
29 noyabr 2010 11:24 (UTC +04:00)

Kişilər arasında yekun turniri: Roje Federer Rafael Nadalı yendi

Lent.az-ın məlumatına görə, finalda ispaniyalı Rafael Nadalı 6:3, 3:6, 6:1 hesabı ilə yenən isveçrəli Roje Federer karyerasında 66-cı titulunu qazanıb.

3 set və 1 saat 38 dəqiqə davam edən görüş ATP reytinqində 2-ci yeri tutan Federerlə 1-ci pillədəki Nadalın 22-ci qarşıdurması olub. Məğlubiyyətə baxmayaraq, ispaniyalı üstünlüyünü saxlayır - 14:8.

Qeyd edək ki, əvvəllər Roje Federer 2003, 2004, 2006 və 2007-ci illərdə yekun turniri qələbə ilə başa vurub. Rafael Nadal isə karyerasında ilk dəfə bu turnirin finalına yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar