“Baku Fires”dən növbəti qələbə
27 noyabr 2010 19:56 (UTC +04:00)

“Baku Fires”dən növbəti qələbə

Lent.az-ın məlumatına görə, komandamız Qazaxıstanın paytaxtı Almatıda keçirilən görüşdə Qazaxıstanın “Astana Arlans” klubunu 4:1 hesabı ilə məğlub edib.

54 kq çəki dərəcəsində Rəhim Nəcəfov Nurlan Seitimbetovu texniki nokautla yenib. 4-cü raundda Qazaxıstan idmançısı zədələndiyindən hakimlər onun görüşü davam etdirməsinə icazə verməyiblər. 61 kq çəkidə Koba Pxakadze Yerjan Musafirova uduzub. Ancaq bundan sonra rinqə çıxan hər üç boksçumuz görüşlərini qələbə ilə yekunlaşdırıb. Məhəmməd Nuritdinov (73 kq) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Baxıt Sersekbayevi, Denis Poyatska (85 kq) Marat Moldaqereyevi, Məhəmmədrəsul Məcidov (+91 kq) isə Milutin Stakoviçi məglub edib.

Beləliklə, Asiya zonasında mübarizə aparan “Baku Fires” klubu 2 oyundan sonra 100 faizli nəticə göstərib. Komandamız ilk görüşdə Çinin “Beijing Dragons” klubunu 5:0 hesabı ilə üstələmişdi. “Baku Fires”in dekabrın 11-də keçiriləcək qarşılaşmada növbəti rəqibi Koreyanın İnçeon şəhərinin boksçuları olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar