Fransa Futbol Federasiyasının baş direktoru istefa verib
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Futbol Federasiyasının vitse-prezidenti Noel Le Qrae məlumat verib.
Noel Le Qrae deyib ki, bu istefadan təəssüflənir: “Son illər Jak Lamber Fransa futbolunda mühüm fiqur olub. Məhz Jak Lamberin sayəsində futbol üzrə 2016-cı il Avropa çempionatının Fransada keçirilməsi hüququ əldə edilib. Onun gedişi bizim üçün itkidir”.
Vitse-prezident Jak Lamberin Fransa Futbol Federasiyası daxilində yaranmış xoş olmayan duruma görə istefa verdiyini bildirib: “Jak Lamber intriqa həvəskarları arasında işləməyi bacarmadı, bu, onun təbiətinə yaddır”.
Qeyd edək ki, Jak Lamber 2005-ci ildən bu postu tutub.

612