Unibank Premyer Liqasında yenilik
27 noyabr 2010 02:01 (UTC +04:00)

Unibank Premyer Liqasında yenilik

Bu haqda Lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Cənubi Koreya və Çinin müştərək istehsalı olan lövhələr Tofiq Bəhramov adına Respublika stadionunda quraşdırılıb. Elektron qurğunu koreyalı mütəxəsislər hazır vəziyyətə gətiriblər. Lövhələr ilk dəfə noyabrın 27-də mərkəzi arenada keçiriləcək “Bakı” – “Xəzər Lənkəran” matçında sınaqdan çıxarılacaq.

Məmmədov bildirib ki, bu qurğu təkcə “Bakı”nın iştirakı ilə keçirilən oyunlar üçün nəzərdə tutulmayıb. Digər komandalarımızın, o cümlədən Azərbaycan millisinin ev oyunlarında elektron lövhələri icarəyə verə bilərlər: “Əvvəllər yığmamızın ev oyunlarında bir neçə dəfə belə qurğunun başqa ölkələrdən gətirilib quraşdırıldığının şahidi olmuşuq. Artıq elektron lövhələri kənardan gətirməyə ehtiyac yoxdur. Azərbaycan komandaları arasında ilk dəfə “Bakı” bu addımı atıb. Bundan sonra kim istəsə, onu icarəyə verə bilərik. Hətta qurğunu bölgələrdə keçirilən oyunlara da aparmaq mümkündür”.

Qeyd edək ki, Respublika stadionunda təşkil olunacaq “Bakı” – “Xəzər Lənkəran” matçı saat 16:10-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar