“Neftçi” “Rubin” və “Şturm”la görüşəcək
Lent.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytına Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu açıqlama verib.
O bildirib ki, “Neftçi”nin nümayəndələri artıq Antalyada bəzi yerlərlə tanış olublar: “Bildiyiniz kimi, “Neftçi” gələn ilin oyunlarına 3 mərhələdə hazırlaşacaq. Futbolçular əvvəlcə yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcəklər. Bundan sonra komanda üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcəklər. İlk mərhələ ayın 10-dan 20-dək olacaq. Həmin arada “Neftçi” bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Görüşün yanvarın 19-da Rusiyanın “Rubin” klubunun ikinci komandası ilə keçirilməsi nəzərdə tutulub”.
Əşrəfoğlunun sözlərinə görə, yanvarın 24-dən fevralın 4-dək yenə də Antalyada baş tutacaq ikinci mərhələdə isə üç yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub: “Bunlardan birinin yanvarın 29-da “Şturm”la baş tutacağı gözlənilir. Artıq Avstriya klubundan müsbət cavab da daxil olub. Bununla belə, rəqiblərin dəyişdiriləcəyi ehtimalı da var”.

652