Dünyanın iki nömrəli qadın tennisçisi Bakıya gələcək - EKSKLÜZİV
Bu haqda Lent.az-a Azərbaycan Tennis Federasiyasının (ATF) baş katibi İlham Quliyev məlumat verib.
Onun sözlərinə görə, WTA-nın (Qadın Tennisçilər Assosiasiyası) son reytinq cədvəlində 2-ci yeri tutan Zvonaryova 2011-ci il iyulun 17-də Bakıda start götürəcək qadınlar arasında beynəlxalq “Baku Cup” turnirində mübarizə aparacaq. WTA versiyası üzrə keçiriləcək turnirin ümumi mükafat fondu 220 min dollar təşkil edəcək. Yarışda 32 fərdi, 16 qoşa iştirakçı qüvvəsini sınayacaq. İştirakçıların yekun tərkibi turnir öncəsi dəqiqləşəcək. Amma Quliyevin fikrincə, iştirakçılar arasında Zvonaryovanın da olacağını artıq indidən demək olar.
Oyunlar Bakı Tennis Akademiyasında hazırda tikilən 2700 nəfərlik tamaşaçı tutumuna malik açıq kortda keçiriləcək. 26 yaşlı tennisçinin hansı şərtlərlə Bakıya gələcəyi isə konfidensial saxlanılır: “Təbii ki, Veranın da müəyyən şərtləri olacaq. Amma ağır şərtlər irəli sürəcəyini düşünmürəm”.
İki gün davam edəcək turnirin qalibi 280 reytinq xalı qazanacaq. Quliyev, həmçinin bildirib ki, Cənubi Qafqaz regionunda yalnız Azərbaycanda keçiriləcək belə nüfuzlu turnir hər il təşkil olunacaq.
Qeyd edək ki, Vera Zvonaryova WTA-nın noyabrın 22-də açıqlanan reytinq siyahısında 6785 xalla ikinci pillədə qərarlaşıb. İlk pillədə isə 8035 xala malik danimarkalı Karolin Voznyaçki yer alıb.
Elşən MƏMMƏDOV

692