Emil Mpenza “Neftçi”nin hədəfini açıqladı
26 noyabr 2010 14:38 (UTC +04:00)

Emil Mpenza “Neftçi”nin hədəfini açıqladı

Əsasən də görüşün sonlarına yaxın baş verən Bahodir Nasimovun epizodunda. Nasimov kimi fiziki gücə malik futbolçuya toxunan olmasaydı, o, topu tora qovuşduracaqdı”.



Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Emil Mpenza klubun rəsmi saytına açıqlamasında deyib.


Belçikalı hücumçunun fikrincə, “Qəbələ”nin müdafiəçisi həmin epizodda Nasimovun qarşısını almaq üçün kobudluğa əl atıb. Məhz bu səbəbdən, həmin an matçın hakimi penalti nöqtəsini göstərməli idi.


Mpenza “Neftçi”nin noyabrın 28-də “Qarabağ”la keçirəcəyi Unibank Premyer Liqasının XV tur matçı barədə də danışıb. O, rəqibin bütün zəif və üstün cəhətlərini bildiklərini söyləyib: “Bu oyunda yeganə məqsədimiz 3 xal qazanmaqdır. Biz Premyer Liqanın lideriyik, hədəfimiz çempionatın sonuna qədər bu liderliyi davam etdirib çempion olmaqdır. Biz komanda olaraq bu hədəfə köklənmişik”.


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar