“Neftçi” “Qarabağ”la görüşdə 6 xal “almaq” istəyir
26 noyabr 2010 10:36 (UTC +04:00)

“Neftçi” “Qarabağ”la görüşdə 6 xal “almaq” istəyir

Amma Ağdam təmsilçisi ilə görüş 6 xallıq oyundur. Çalışacağıq ki, yaxşı hazırlaşıb, istədiyimiz nəticəni əldə edək. Əsas məqsədimiz oyundan qələbə ilə ayrılmaqdır”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XIV turunda baş tutmuş “Qəbələ” ilə oyuna (0:0) da toxunub: “Biz “Qəbələ” ilə oyunda qol epizodlarından istifadə edə bilmədik. Üstəlik, rəqib müdafiəçi Bahodir Nasimova qarşı kobud oynasa da, hakim penaltini vermədi. Əslində, həmin epizodda penalti epizodu var idi. Çünki Bahodir “Qəbələ”nin müdafiəçisinin önündə idi və futbolçumuzu yıxmışdı, amma nədənsə baş hakim penalti təyin etmədi. Videotəkrar vasitəsilə buna bir daha əmin oldum”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 15:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar